Türkiyədəki zəlzələdən sonra insanların nə qədər susuz və ac qala biləcəyi ilə bağlı araşdırmalar olduqca populyarlıq qazandı. Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, araşdırmalara görə, normal insan susuzluğa üç gün tab gətirə bilər.
Bu rəqəm nadir hallarda 8-10 günə çata bilər. Müddət isə insan orqanizmindən, onun suya tələbatından asılı olaraq dəyişə bilər. Bədənin maye itirməsinə isə dehidrasiya deyilir. Bu zaman insanda başağrısı, oynaqların sərtləşməsi, halsızlıq, hərarət və s.yarana bilər.
Araşdırmalar həm də onu göstərir ki, normal qidalanan bir insan 1-3 aya qədər yemək yemədən bədənində yığılan kalorilərlə həyatda qala bilər.
Leyla