BMT Baş katibi Antonio Quterreş Sudanda hərbi əməliyyatların başlamasını qəti şəkildə pisləyib. 

Foodinfo.az xəbər verir ki, bu barədə “Reuters” Agentliyi məlumat yayıb.

“Mən hadisəyə təsiri olan hər kəsi onu sülh naminə istifadə etməyə çağırıram”, - deyə A.Quterreş bildirib.

Onun sözlərinə görə, Sudanda humanitar vəziyyət əvvəl də yaxşı olmayıb, indi isə vəziyyət faciəvidir. Sudanda vəziyyətin daha da gərginləşməsi isə həm ölkə, həm də region üçün dağıdıcı ola bilər.