Amerikalı alimlər müəyyən ediblər ki, hamilə qadının koronavirusa yoluxması uşağın əqli vəziyyətinə təsir göstərə bilər.
Foodinfo.az xəbər verir ki, araşdırma “The New York Post” nəşrində dərc olunub.
Ekspertlər qeyd edirlər ki, artıq bu cür hallara rast gəlinib.
Koronavirusa yoluxmuş hamilə qadın dünyaya beynində zədə olan övlad gətirib.
Bir sıra hallarda doğuşdan bir müddət sonra uşaqlarda inkişafdan qalma kimi amillər müşahidə olunub.