
Antibiotik qəbul edərkən qəhvə içmək bəzi hallarda problem yarada bilər. Çünki qəhvənin tərkibindəki kofein bəzi antibiotiklərin təsiri ilə daha gec parçalanır və bədəndə uzun müddət qala bilir. Bu isə ürək döyüntüsündə artım, yuxusuzluq, əsəbilik və təzyiq yüksəlməsi kimi yan təsirlərə səbəb olur.
Foodinfo.az xəbər verir ki, xüsusilə fluorxinolon qrupuna aid antibiotiklər qəhvənin orqanizmdə parçalanmasını ləngidir. Nəticədə həm dərmanın, həm də kofeinin yan təsirləri güclənir.
Bundan başqa, qəhvə bədəndən maye və mineralları daha tez atdığı üçün antibiotikin təsirini zəiflədə bilər.
Antibiotik qəbul edərkən gündəlik kofein miqdarını azaltmaq və dərmanla eyni vaxtda qəhvə içməmək tövsiyə olunur.
Daha təhlükəsiz variant olaraq su, bitki çayı və ya təbii meyvə şirəsi seçmək məsləhətdir.