Şri-Lankada yetişdirilən və incə sitrus dadı ilə seçilən Seylon çayı təkcə ləzzəti ilə deyil, sağlamlığa verdiyi faydalarla da ön plana çıxır. 

Foodinfo.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu çay antioksidantlarla zəngin olduğundan immun sistemini gücləndirir, orqanizmi zərərli sərbəst radikallardan qoruyur.

Hər gün Seylon çayı içmək qan dövranını yaxşılaşdıraraq ürək-damar sağlamlığını dəstəkləyir. 

Tərkibindəki təbii maddələr diqqəti artırır, yorğunluğu azaldır və bədəni enerjili saxlayır.

Eyni zamanda, həzm sisteminə də müsbət təsir göstərir.

Qara, yaşıl və ağ növlərdə istehsal olunan Seylon çayı dünyanın ən keyfiyyətli çaylarından hesab edilir. Mütəxəssislər gündə 2-3 fincan bu çayın istifadəsini faydalı hesab edirlər.

Ləzzətli dadı ilə yanaşı, sağlamlığa dəstək olan Seylon çayı yay və qış aylarında ən çox seçilən içkilərdən biridir.