
Mütəxəssislər bildirir ki, orqanizm gündəlik zülal ehtiyacını almadıqda həm sağlamlıq, həm də enerji səviyyəsi ciddi şəkildə təsirlənir. Zülal çatışmazlığı bəzi əlamətlərlə özünü göstərir.
Foodinfo.az bu əlamətləti təqdim edir:
1. Əzələ zəifliyi və yorğunluq
Zülal əzələlərin əsas qurucu maddəsidir. Yetərli qəbul olmadıqda əzələ kütləsi azalır, gücsüzlük və tez yorulma baş verir.
2. Saç, dəri və dırnaq problemləri
Zülal çatışmazlığı saç tökülməsi, dırnaqların tez qırılması və dərinin solğunlaşması ilə nəticələnə bilər.
3. Yara və zədələrin gec sağalması
Zülal toxumaların bərpası üçün vacibdir. Qida rasionunda az olduğu halda kəsik, yanıq və digər yaraların sağalması ləngiyir.
4. Tez-tez acmaq və iştahanın artması.
Zülal toxluq hissi yaradır. Onun çatışmazlığı insanı daha tez acmağa və karbohidratlara üstünlük verməyə sövq edir.
Mütəxəssislər qeyd edir ki, gündəlik zülal miqdarı yaşa, cinsə və həyat tərzinə görə dəyişsə də, orta hesabla hər kiloqram çəkiyə 0.8–1 qram zülal qəbul etmək tövsiyə olunur.