
Son illərdə idmançılar və fitnes həvəskarları arasında populyar olan kreatin əlavələri əzələ kütləsini artırmaq və performansı yüksəltmək üçün istifadə olunur. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu əlavələr hər kəs üçün uyğun deyil.
Bəs, bu əlavələrdən kimlər uzaq durmalıdır?
– Böyrək xəstələri: Kreatin böyrəklərə əlavə yük yarada bilər.
– Qaraciyər problemi olanlar: Qaraciyərin funksiyasını zəiflədə bilər.
– Yüksək təzyiq və ürək-damar xəstələri: Kreatin maye tutulumuna səbəb olaraq təzyiqi artıra bilər.
– Hamilə və əmizdirən qadınlar: Bu dövrlərdə təhlükəsizliyi sübut olunmadığı üçün istifadəsi tövsiyə edilmir.
– Uşaqlar və yeniyetmələr – Hələ inkişaf dövründə olduqları üçün əlavə qəbul etmələri risklidir.
Mütəxəssislər bildirir ki, sağlam insanlarda kreatin qısa müddətdə təhlükəli sayılmasa da, uzunmüddətli və nəzarətsiz istifadəsi orqanizmə zərər verə bilər. Ona görə də qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir.