Mütəxəssislərin sözlərinə görə, qədim təbabətdə geniş istifadə olunan iydə çəyirdəyi tozu bir çox sağlamlıq faydaları ilə diqqət çəkir. Qurudulub üyüdülən bu təbii məhsul həm həzm sisteminə, həm də ümumi immunitetə müsbət təsir göstərir.

Foodinfo.az xəbər verir ki, araşdırmalara əsasən, iydə çəyirdəyi tozu qəbizliyi aradan qaldırır, mədə-bağırsaq fəaliyyətini yaxşılaşdırır və orqanizmdə iltihabla mübarizə aparır. 

Bundan başqa, oynaqlarda ağrını azaldır, revmatizm və artritdə dəstəkləyici rol oynayır.

Mütəxəssislər bildirir ki, bu təbii vasitə həmçinin böyrəklərin fəaliyyətini gücləndirir, ödemi azaldır, immun sistemi möhkəmləndirir və qan dövranını yaxşılaşdırır. Diş və diş əti sağlamlığı üçün də faydalı olduğu qeyd olunur.

Həkimlər xəbərdarlıq edir ki, iydə çəyirdəyi tozunun həddindən artıq istifadəsi mədə narahatlıqlarına səbəb ola bilər. 

Hamilə və süd verən qadınların isə istifadə etməzdən əvvəl mütləq mütəxəssisə müraciət etməsi tövsiyə olunur.