Avropadakı balların tərkibində saxtakarlıq olduğu üzə çıxıb. 

Foodinfo.az xəbər verir ki, Avropa Komissiyası 147 bal nümunəsində müxtəlif qatqıların olduğunu aşkarlayıb. 

Belə ki, yoxlama aparılan məhsulların 46 faizində saxtakarlıq elementləri ortaya çıxıb. Ümumilikdə 320 bal məhsulunu yoxlamalara cəlb edilib. Bunlar isə Avropa Birliyinin balın tərkibi ilə bağlı direktivinə uyğun gəlməyib. Çünki qaydalara əsasən bala hər hansı bir əlavə etmək qadağandır.