Azərbaycanda koronavirus infeksiyasına yoluxan daha bir həkim vəfat edib. Foodinfo.az "Report"-a istinadən xəbər verir ki, Cəlilabad Rayonn Mərkəzi Xəstəxanasının həkimi, 1950-ci il təvəllüdlü Əlihüseyn İbrahimov COVID-19-dan dünyasını dəyişib. O, müalicə olunduğu paytaxt xəstəxanalarından birində vəfat edib. Qeyd edək ki, Ə.İbrahimov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında həkim-nevropatoloq işləyirdi.