Milli Məclisin dekabrın 11-də keçiriləcək növbəti iclasında Prezident  İlham Əliyevin 2020-ci il dekabrın 12-də saat 00.00-dan Hərbi vəziyyətin ləğv olunması haqqında  Fərmanının təsdiq edilməsi barədə Milli Məclisin Qərarına  baxılacaq. Foodinfo.az xəbər verir ki, bu barədə Milli Məclisin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.