AzTV əməkdaşları İranın Azərbaycandakı səfirliyinin qarşısında hücuma məruz qalıblar.

QSC-nin İctimaiyyətlə Əlaqələr və Sosial Media şöbəsindən Foodinfo.az-a verilən məlumata görə, AzTV əməkdaşları iranlı diplomatların hələ də Azərbaycan ərazisini tərk edib-etmədiyi ilə bağlı məlumatı əldə etmək məqsədilə İran səfirliyinin önünə gəlib.

 

Obyektivliyi təmin etmək üçün məlumatı dəqiqləşdirmək istəyən AzTV əməkdaşları səfirliyin tərcüməçisi olduğunu bildirən şəxsin hücumuna məruz qalıb.

Xəbər verdiyimiz kimi, İran səfirliyinin 4 əməkdaşı rəsmi Bakı tərəfindən persona non qrata elan edilib. Həmin şəxslərin 48 saat ərzində ölkəni tərk etməsi tələb olunub.