Bakı-Sumqayıt qatarı iki gün işləməyəcək. Foodinfo.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər. Qatar növbəti həftənin ilk günündən fəaliyyətini bərpa edəcək: "Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları 9 və 10 yanvar (şənbə və bazar) günləri hərəkətdə olmayacaq. 11 yanvar tarixindən etibarən cari cədvəl üzrə hərəkət bərpa olunacaq".