Bakıda bazarda satıcı qadına qarşı soyğunçuluq edilib. Foodinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, yanvarın 29-da paytaxtın Nəsimi rayonu ərazisindəki bazarda bir nəfər oradakı satıcı qadının əlindən 140 manat pulunu açıq talama yolu ilə talayıb. Ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının çevikliyi və opertaivliyi nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən həmin şəxs saxlanılıb. Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər də soyğunçuluğa görə məhkum olunmuş R.Mustafayev olduğu müəyyən edilib. Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.