Biz balqabağı payız və onun sağlamlıq faydaları ilə ayrılmaz şəkildə əlaqələndiririk. Ancaq hər kəs onun dadından həzz ala bilmir, çünki bəzi insanlar üçün zərərli ola bilər. Foodinfo.az xəbər verir ki, balqabağın tərkibində yüksək miqdarda vitaminlər var: A, B1 və B2, C, E, K və PP, həmçinin kalium, fosfor, kalsium və maqnezium kimi minerallar.

Bunun sayəsində balqabaq: immunitet sistemini dəstəkləyir, göz və dəri sağlamlığını qoruyur, cavanlaşdırır, həzmi yaxşılaşdırır, arıqlamağa kömək edir, təzyiqi tənzimləyir, qanda şəkərin səviyyəsini tənzimləyir, mədə, süd vəzi və mədəaltı vəzi xərçəngi kimi xərçənglərin inkişafından qoruyur.  

Balqabağın yüksək glisemik indeksi 75 olduğu üçün şəkərli diabet və insulin müqavimətindən əziyyət çəkən insanlar ehtiyyatlı olmalıdır. Qan şəkərini azaldan dərmanlar da balqabaqla qarşılıqlı təsir göstərə bilər.

100 q balqabağın tərkibində 340 mq-a qədər kalium olduğu üçün balqabağı böyrək xəstəliyi olan insanlar yeməməlidir. Bu insanlar aşağı kalium pəhrizinə riayət etməlidirlər, çünki onların böyrəkləri bədəndən artıq kaliumu effektiv şəkildə çıxara bilmir.