Bərdə rayonunda yaşayış evinin həyətində yas mərasimi təşkil edənlər həbs edilib.
Foodinfo.az xəbər verir ki, DİN Mətbuat Xidmətindən verilən məlumata görə, rayonun Xəsilli kəndində mərasimi təşkil edən Xudayar Allahverdiyevin əməlində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasının tərkib əlamətləri olduğuna görə fakta görə Bərdə RPŞ-də Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Bununla yanaşı, yas mərasimində çadır xidməti göstərən Eltaş Şəmsəddinli İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə müvafiq olaraq məhkəmənin qərarı ilə 8 sutka, dini ayinləri icra edən Ramiz Allahverdiyev və digər 10 iştirakçı barəsində müvafiq olaraq 200 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.
Son xəbərlər
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin
- Axşam yeməyi üçün ən pis içkilər