Ağız gigiyenasına diqqət göstərərək dişlərinizi hər gün fırçalaya bilərsiniz. Foodinfo.az hekimtap.az saytına istinadla xəbər verir ki, ancaq bəzi qidalar var ki, onları yemək ağız sağlamlığınız üçün təhlükəlidir.
Sağlam dişlər üçün hansı qidalardan uzaqlaşmaq lazımdır?
Kola – dişlər üçün ən zərərli içkilərdən biridir. Tərkibində mövcud olan asid və sitrik asid diş və diş minalarınıza olduqca zərər verir. Tam uzaqlaşa bilməsənizdə azalda bilərsiniz.
Siqaret – Zərərini hər kəs bilir. Sağlamlıq üçün nə qədər zərərdisə, dişlər üçün də eynidir.
Enerji içkiləri – İdmandan öncə və ya sonra içilən bu içkilərin zərəri çoxdur. Həmçinin dişlərə də mənfi təsir göstərir. Belə ki, tərkibində olan sitrik asid və şəkər dişləri zədələyir.
Dişlərin sağlam olması üçün nələr edilməlidir?
- Dişlərinizi gündə iki dəfə, oyandıqdan sonra və gecə yatmazdan öncə fırçalayın.
- Doğru fırçalamaq üçün uyğun diş fırçası seçməlisiniz.
- 6 aydan bir həkimə müayinəyə gedin.
- Dişlər zamanı dilinizi də fırçalayın.
- Diş fırçalama müddəti 2 dəqiqədən az olmamalıdır.
- Fırçanızı isə 2-3 aydan bir dəyişdirməlisiniz.
(Hekimtap.az)