Yerkökü göz sağlamlığı üçün çox faydalı olan qidalardan biridir. Foodinfo.az xəbər verir ki, tərkibində yüksək miqdarda beta-karoten var ki, bu da bədəndə A vitamininəçevrilir. A vitamini isə gözlərin sağlam qalmasına və xüsusilə gecə görmə qabiliyyətinin yaxşılaşdırılmasına kömək edir.
A vitamini eyni zamanda gözün korneasını qoruyur və quruluq kimi problemlərin qarşısını alır.
Yerkökündə olan antioksidantlar gözləri sərbəst radikalların zərərindən qoruyaraq yaşlanma ilə əlaqəli makula degenerasiyası və katarakta kimi xəstəliklərin riskini azaldır.
Yerkökü balanslı qidalanmanın bir hissəsi olaraq gözlərin ümumi sağlamlığını dəstəkləyir.