Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanda işgüzar səfərdədir.
Foodinfo.az xəbər verir ki, bu barədə XİN rəhbəri öz tvitter mikrobloqunda məlumat verib.
“Can Azərbaycana güclü dəstəyimizi yeniləmək, Dağlıq Qarabağa dair son vəziyyətlə bağlı fikir mübadiləsi aparmaq üçün bir daha Bakıda, qardaşlarımızın yanındayıq”, - deyə M. Çavuşoğlu bildirib.
Qeyd edək ki, Mövlud Çavuşoğlunu Hava limanında Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral qarşılayıb.
Xatırladaq ki, Türkiyə XİN başçısı sonuncu dəfə oktyabrın 6-da Bakıya səfər etmiş, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla görüşmüş, Prezident İlham Əliyevin qəbulunda olmuşdu.