Lənkəran - Astara Regional Təhsil İdarəsinin Ulu Öndər Heydər Əliyevin 100-illiyinə həsr etdiyi “Yaşıl məktəb” layihəsi çərçivəsində 5 mart 2023-cü il tarixində Ümummilli liderin adını daşıyan Heydər Əliyev adına Alar kənd 1 saylı tam orta məktəbində ağacəkmə aksiyası keçirilib. Tədbirin açılışı Ulu Öndərin büstü önündə onun xatirəsini yad edilməsi ilə başlayıb.
Foodinfo.az-ın məlumatına görə, aksiyada Lənkəran - Astara Regional Təhsil İdarəsinin müdiri, Təhsil İnstitutunun və Cəlilabad rayonu üzrə təhsil sektorunun əməkdaşları, məktəbin kollektivi, şagirdlər, kənd ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri iştirak edib.
İştirakçılar Ulu Öndərin abidəsini və Alar kəndində yerləşən Şəhidlər kompleksini ziyarət edib.
Qeyd edək ki, Lənkəran - Astara Regional Təhsil İdarəsi tərəfindən elan edilmiş “Yaşıl Məktəb” layihəsinə mart ayının 1-dən start verilib və aksiya may ayının 10-dək davam etdiriləcək.
Aksiya müddətində 4000-dən artıq ağacın əkilməsi nəzərdə tutulub.