Ölkəmizdə çörək gündəlik qida rasionunda ən çox istifadə olunan məhsuldur. Onun istehsaldan istehlakçıya çatdığı müddətdə keçdiyi qida zənciri gigiyenik qaydalara cavab verməlidir. Bu zəncirin halqalarından biri də çörəyin daşınmasıdır. Çörəyin daşınması xüsusi rəfləri olan avtomobildə həyata keçirilməlidir. Avtomobil təmiz, geniş tutumlu və bağlı olmalıdır. Nəqliyyat vasitəsində əlavə məhsulların daşınması yolverilməzdir. Daşınma zamanı sanitar-gigiyenik normalara riayət olunmalıdır.