Kiprdə aşkar edilmiş “Deltakron” hibrid koronavirus ştammı əlavə tədqiqat tələb edir. COVID-19 virusunun bu çeşidinin miqyasını qiymətləndirmək hələ tezdir.
Foodinfo.az xəbər verir ki, bu barədə rusiyalı virusoloq Viktor Lariçev bildirib.
Onun sözlərinə görə, koronavirusun müxtəlif versiyalarının patogenliyini müqayisə etmək mümkün deyil.
“Hazırda heç nəyi ehtimal vermək olmaz. Hansı virusdan hansı zülal gəldiyi müəyyən olunmalıdır. Buna görə də “Omikron”u məsələn, “Uhan ştammı”nın patogenliyi ilə müqayisə etmək mümkün deyil, çünki onlar müxtəlif vaxtlarda gəliblər”, - ekspert qeyd edib.
Lariçev xatırladıb ki, bir çox insanlar artıq anticisim daşıyıcısıdırlar, buna görə də “Omikron” ştammının “Delta”dan daha az patogen olduğunu iddia etmək olmaz.
Son xəbərlər
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin