“Bu gün pandemiyaya qarşı mübarizə sahəsində müəyyən çətinliklər var. Xəstələrin ambulator müalicəsi üçün apteklərdə antiviral dərmanların qıtlığı yaşanır”.
Foodinfo.az xəbər verir ki, bunu səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə deyib.
O qeyd edib ki, antiviral dərmanların çatışmazlığı süni olaraq yaradılıb: “Bundan vəsait qazananlar var. Bu məsələylə bağlı ciddi tədbir görülməlidir. Ölkəmizdə kifayət qədər dərman ehtiyatı var, amma bu qıtlığı süni olaraq yaradırlar”.