“Azərsun Holdinq” MMC-nin supermarketlər şəbəkəsi olan “Bazar Store” MMC barəsində Dövlət Gömrük Komitəsi tərəfindən inzibati xəta protokolu tərtib edilib. Foodinfo.az Banker.az-a istinadən xəbər verir ki, “Bazar Store” barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə cərimə protokolu tərtib edilərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilib. İXM-in 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Qeyd edək ki, “Bazar Store” 1999-cu ildə yaradılıb və 38 077 949 ABŞ dollarında nizamnamə kapitalı var.