Gözlərimiz də vitamin defisitindən əziyyət çəkir, bu zaman gözlərdə yanma, qum hissi, quruluq, zəif görmə, qızarma, sulanma, ağrı, duman, kipriklərin quruması, gözaltı qaralmalar və s. baş verir.
Qidalanma pozulduqda qlaukoma, atrofiya, göz siniri quruması, zəif görmə, korluq baş verir.
Foodinfo.az Medicina.az-a istinadən gözlər üçün vacib olan vitamin və mineralları təqdim edir.
- Beta karotin – bu maddə gözləri dərindən qidalandırır, sinirlərini qoruyur, toksinlərdən təmizləyir, gecə “toyuq korluğu”nun qarşısını alır. O, sarı ləkənin artmasının qarşısını alır.
Beta karotin kökdə, kartofda, kələmdə boldur.
- A vitamini – gözün əsas vitaminidir. Gözün itiliyi, rəng ayırması, aydınlığı üçün vacibdir. Torlu qişa onunla qidalanır. Gözdə iltihabı azaldır, immun sistemi gücləndirir. A vitamini kartof, süd, ət, mal qaraciyəri, toyuq, yumurta sarısı, balıq, balıq yağı, pomidor, kök, bibər, balqabaq, günəbaxan, zeytun, göyərtidə var.
A vitamini bol olanda sarı ləkə və katarakta yaranmır.
- C vitamini - göz damarlarını möhkəmləndirir, əzələ tonusunu artırır, güclü antioksidantdır. Katarakta riskini 50% azaldır, gözün hüceyrələrini gücləndirir. Əskik olanda damarlar partlayır, göz qızarır, tez yorulur.
Bu vitamin baş kələm, irbutnu, sitrus meyvələri, cəfəri, bibər, alma, brokkolidə var.
- E vitamin – gözlərin cavanlıq mənbəyidir. Günəbaxan yağı, tumu, bitki yağları, badam, qoz, buğdada var. E vitamini göz şişlərinin qarşısını alır.
- - D vitamini – gözləri sağlamlaşdırır. Əzələ, damar və sümüklər üçün vacibdir,hüceyrələri yeniləyir. Onu günəş şüası, balıqdan, yumurta sarısından ala bilərsiz. Amma indi D vitamini kəskin defisit olduğu üçün əlavə preparat kimi qəbul edə bilərsiz.
- Omeqa 3 yağ turşuları – diabetik retinopatiya, quru göz sindromunun qarşısını alır. Göz yaşı bazasını artırır.
• Omeqa 3 balıq yağı, kətan toxumu, soya, qoz, zeytunda boldur.
Eləcə də gözlərə sink, maqniy, dəmir, fosfor, B qrup vitamini, tiamin vacibdir. Mütləq bu vitaminlərlə zəngin qidalar yeyin və ya xüsusi əlavələr qəbul edin.