Günəş işığı yalnız dərini D vitamini ilə təmin etmir, həm də psixoloji sağlamlıq üçün böyük əhəmiyyət daşıyır. Foodinfo.az xəbər verir ki, günəş vannası qəbul etmək serotonin hormonunun ifrazını artırır və xoşbəxtlik hissi yaradır. London King’s College-dən psixiatr Dr. Norman Rosenthal “The Telegraph” qəzetinə açıqlamasında bildirib ki, günəş işığı mövsümi depressiya riskini azaldır. Onun sözlərinə görə, hər gün azı 20 dəqiqə günəş işığı qəbul etmək əhval-ruhiyyəni yüksəldir.

Dr. Rosenthal qeyd edib ki, günəş vannası bədənin bioloji saatını stabilləşdirir.bBu isə yuxu keyfiyyətinin yaxşılaşmasına səbəb olur. Mütəxəssis əlavə edib ki, günəş işığı beyində dopamin ifrazını artırır. Bu hormon motivasiya və enerji üçün vacibdir.

Araşdırmalar göstərib ki, günəş işığı qəbul edən insanlarda depressiya göstəriciləri 30% aşağıdır. Dr. Rosenthal vurğulayıb ki, günəş vannası yalnız yaz və yayda deyil, payızda da faydalıdır. O, həmçinin qeyd edib ki, günəş işığının ən faydalı vaxtı səhər saatlarıdır. Mütəxəssis bildirib ki, günəş vannası stress hormonlarının səviyyəsini də azaldır. Onun sözlərinə görə, bu sadə üsul dərmanlardan asılılığı azalda bilər. Dr. Rosenthal hesab edir ki, günəş işığı psixoloji sağlamlığın təbii “vitamini”dir.