UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Ferensvaroş” (Macarıstan) komandaları arasında keçirilən cavab oyunu başa çatıb.

Foodinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində Leandro Andrade ilə Abdullah Zubir fərqləniblər. Rəqibdə isə Lenni Jozef, Barnabaş Varqa (penalti) və Aleks Tot diqqət mərkəzinə düşüblər.

İlk görüşdə 3:1 hesablı üstünlük əldə edən “Qarabağ” tarixində ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

Qarşılaşmanı fransalı baş hakim Kleman Türpen idarə edib.