Heyva qurusu çayı həm dadlı, həm də sağlamlıq üçün faydalı bir içkidir. 

Foodinfo.az xəbər verir ki, vitamin və minerallarla zəngin olan bu çay immun sistemini gücləndirir, soyuqdəymə və öskürəyə qarşı təsirlidir. 

Həzm sistemini tənzimləməyə kömək edir və mədədəki narahatlıqları azaldır. 

Antioksidant xüsusiyyətləri ilə bədəni toksinlərdən təmizləyir və dərini qoruyur. 

Hazırlanması sadədir: bir neçə dilim heyva qurusunu qaynar suya əlavə edib 10-15 dəqiqə dəmləmək kifayətdir. Şəkərsiz içildikdə daha faydalıdır.