Sardina, skumbriya, siyənək və digər dəniz məhsulları kimi yağlı balıqlarda olan bioaktiv molekullar xərçəng metastazı riskini azalda bilər. Foodinfo.az  Gazeta.Ru -ya istinadən xəbər verir ki, bu barədə Fransanın Turlar Universitetinin alimləri The Conversation-a bildiriblər.

Alimlərin fikrincə, dəniz heyvanları xərçəngin müalicəsində istifadə oluna bilən unikal lipidlərin mənbəyidir. Bu lipidlər həm qidada istehlak edildikdə, həm də xüsusi preparatların bir hissəsi kimi fəaliyyət göstərə bilər.

Alimlər əlavə ediblər ki, dəniz lipidləri, o cümlədən eikosapentaenoik turşu (EPA) kimi omeqa-3 yağ turşuları xərçəng hüceyrələrinin davranışına təsir edə bilər.