İngiltərənin aparıcı pərakəndə şəbəkələrindən "Sainsbury's", ABŞ-ın pərakəndə nəhəngi "Walmart"ın payı olan "Asda" ilə birləşmək qərarı verib.
"Sainsbury's"dan verilən açıqlamada, "Asda" ilə birləşmə qərarı verildiyi qeyd edilib.
İngilis mətbuatında birləşmənin 7,3 milyard funt-sterlinq (10 milyard ABŞ dolları) qarşılığında həyata keçiriləcəyi qeyd edilib.
"Sainsbury's" açıqlamasında, hər iki şəbəkənin mağazalarının bağlanmayacağı, işdən çıxarma olmayacağı qeyd edilərək, birləşmədən sonra "Asda"nın sahibi olan "Wallmart"ın yeni yaradılacaq şirkətdə 42% paya sahib olacağı bildirilib.
Açıqlamada, birləşmə qərarı ilə birlikdə istehlakçıların sözügedən mağazalarda təxminən 10 faiz səviyyəsinədək güzəştli alış-veriş etməsinin mümkün ola biləcəyi qeyd edilib.
Birləşmə qərarının ardından "Sainsbury's"in səhmləri gün ərzində təxminən 20 faiz artıb, rəqibləri "Tesco" və "Morrisons"ın səhmləri təxminən 3% ucuzlaşıb.
ŞƏBƏKƏLƏR ÇƏTİN DÖVRDƏN KEÇİR
Son aylar İngilis funt sterlinqinin dəyərdən düşməsi və İstehlakçı Etibarının zəifləməsi səbəbindən ölkədə çoxlu sayda pərakəndə şəbəkə maliyyə baxımından çətin bir dövrdən keçir.
İngiltərədə son aylarda istehlakçıların, marketlər arasında daha güzəştli alış-veriş imkanı bəxş edən Aldi və "Lidl" kimi şəbəkələrə üstünlük verdikləri bildirilir.
Ev əşyası və mebel şirkəti "Argos"u yaxın zamanda tərkibinə qatan "Sainsbury's", nəzarət orqanlarının birləşməyə razılıq verməsinin ardından İngiltərə miqyasında 2 min 800 mağazaya sahib olacaq. Yeni şirkətin nəzdində cəmi 330 min nəfərə məşğulluq təmin olunacaq.
Birləşmə qərarı ilə "Sainsbury's", ölkədə market şəbəkələri arasında 31% pay ilə ən böyük bazar payına çatarkən, daha əvvəl bazarın liderliyini əlində olan "Tesco"nun payı isə 28 faiz səviyyəsindədir. (Marja.az)
Son xəbərlər
- HACCP sisteminin tətbiqi qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək
- Diş məcununun bədənə mənfi və müsbət təsiri
- Qəhvənin sağlamlığa faydaları nələrdir?
- Sağlamlıq üçün istehlak edilməli olan tərəvəz və meyvələr
- B12 çatışmazlığına qarşı təbii yollar
- Həkim keyfiyyətli kürü seçməklə bağlı məsləhətlər verdi