İkinci Bravo Superstore 12 aprel tarixində öz qapılarını ictimaiyyətə açacaq.
Foodinfo.az xəbər verir ki, yeni superstore, “Convenience” formatından fərqli olaraq adi şəhər marketlərində tapılmayan geniş məhsul seçimi təklif edir: Geniş çeşidli ərzaq və qeyri-ərzaq, daim yeni və təmiz təbii məhsullar və bütün şirniyyat sevənləri məmnun edəcək xüsusi şirniyyat guşəsi. Bunlarla yanaşı, yeni Bravo Superstore böyük parkinq sahəsi, gülərüz və mehriban işçi kollektivi və çox saylı kassaları ilə sizə rahat alış-veriş imkanı yaşadacaq. Siz burada həm də bir çox bankın ATM-lərini və “Million” ödəmə xidmətini tapa bilərsiniz.
Sizin Bravo Superstore-da görəcəyiniz yeniliklərdən bəzilərini təqdim edirik:
250-400 park yeri;
3000 kvadrat metr alış-veriş sahəsi;
Geniş çeşidli qeyri-ərzaq məhsulları;
Şirniyyat guşəsi.