1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: İxracat mütəxəssisi
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 5 il
Təhsil: İqtisadi ali təhsil
Yaş həddi: 27-40
İşin Təsviri:
Yeni müştəriləri cəlb etmək, danışıqlar aparmaq, onların şirkətin məhsulları ilə tanış olmasına şərait yaratmaq, qida sərgilərində iştirak etmək.
Vəzifə öhdəlikləri:
- Yeni müştəriləri cəlb etmək, danışıqlar aparmaq, onların şirkətin məhsulları ilə tanış olmasına şərait yaratmaq;
- Qida sərgilərində iştirak etmək;
- Müştərilərdən sifarişləri almaq və müvafiq hesab-fakturaları hazırlamaq;
- İxrac olunması nəzərdə tutulan məhsulların texniki və logistik məlumatlarını detallı şəkildə müştərilərə təqdim etmək;
- Sifarişlə bağlı bütün məlumatları detallı şəkildə Logistika, Mühasibatlıq, Planlama və digər əlaqədar strukturlara ötürmək;
- Vəzifə fəaliyyətindən irəli gələn məsələlər barədə hesabat verdiyi instansiyaya baxılması üçün təkliflər vermək.
Tələblər:
- Yüksək ünsiyyət qabiliyyətinin, qərar vermə bacarığının, analitik düşüncə və layihə idarəetmə qabiliyyətinin olması;
- Biznes danışıqlarının aparılması qabiliyyəti;
- Rus və ingilis dili biliyi;
- Ölkədaxili və ölkəxarici ezamiyyət imkanlarının olması;
- MS Office proqramları biliyi.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “İxracat mütəxəssisi” yazmaqla CV göndərərək müraciət edilir.