Kolanın gündəlik qida rasionunda geniş yer tutması onun kalori dəyərinin yenidən gündəmə gəlməsinə səbəb olub. Adi qazlı içkilərin tərkibindəki şəkər yüksək enerji dəyərinin əsas mənbəyidir.

Foodinfo.az xəbər verir ki, aparılan qida analizlərinə görə, klassik kolanın 100 millilitri təxminən 42 kilokalori təşkil edir. Bu göstərici isə daha böyük həcmlərdə ciddi şəkildə artır. Belə ki, 330 millilitrlik standart bankada orta hesabla 138 kilokalori, yarımlitrlik plastik qabda isə təxminən 210 kilokalori mövcuddur. Bir litrlik kolanın enerji dəyəri isə 420 kilokaloriyə qədər yüksəlir.

Bu yüksək kalorili içkilərin tez-tez istifadəsi çəki artımı və metabolik problemlərə yol aça bilər.

Bununla yanaşı, şəkərsiz və ya “Zero” adlandırılan növlərin isə demək olar ki, kalorisi yoxdur, lakin onların tərkibindəki süni şirinləşdiricilərin çox istifadəsinin də müəyyən riskləri olduğu qeyd olunur.

Uzmanlar istehlakçıları qazlı içkiləri ölçülü şəkildə qəbul etməyə və gündəlik su istehlakını azaltmamağa çağırırlar.