Sabunçu rayonunda Operativ Qərargahın qərarına əsasən həftəsonu qadağasına əməl etməyərək fəaliyyət göstərən dönərxana aşkar edilib. Foodinfo.az DİN-ə istinadən xəbər verir ki, Zabrat qəsəbəsində yerləşən marketlərdən birində yerləşən dönərxananın fəaliyyət göstərdiyi məlum olub. Polislər tərəfindən həmin obyektin icarədarı paytaxt sakini İbrahim Novruzov, eləcə də orada işləyən Bakı şəhər sakinləri Tahir Eminov, Xəyal İsgəndərov, Ağasif İbrahimov və Ramin Məmmədəliyev barəsində inzibati protokol tərtib edilib.