Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) mutasiyaya uğramış yeni növ koronavirusun xəstəliyi ağırlaşdırmasına dair heç bir dəlil yoxdur.
Foodinfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ÜST-ün səhiyyə, fövqəladə vəziyyət proqramının direktoru Maykl Rayan bildirib.
“Hazırda mutasiya olunmuş növün bu xəstəliyi ağırlaşdırmasına dair hər hansı sübut yoxdur”, -deyə Rayan qeyd edib.