Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov koronavirus pandemiyasının Azərbaycanda geniş yayılması ilə bağlı ictimaiyyətə müraciət edib. Foodinfo.az-ın verdiyi xəbərə görə, A.Bağırov bildirib ki, ölkədə COVİD-19 infeksiyasına yoluxanların sayı durmadan artmaqdadır: “Təəssüf ki, bu bəla vəkillərimizdən və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin aparat əməkdaşlarından yan keçməyib.
Hal-hazırda koronavirusa yoluxan onlarla həmkarımız həkim nəzarəti altında müalicə olunur, hər kəsə Allahdan şəfa diləyirəm. Hər birinizdən artıq dərəcədə xahiş edirəm, özünüzü və yaxınlarınızı qoruyun, bütün sanitar qaydalara ciddi əməl edin”.