Ötən il Azərbaycanda alkoqolsuz içki istehsalı 2019-cu ilə nisbətən 2,7 % azalaraq 26 mln 112,9 min dekalitrə qədər enib.
Foodinfo.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən il Azərbaycanda araq istehsalı 2 mln 032 min dekalitr (illik müqayisədə 8,8 % az), konyak (Brendi) - 26,8 min dekalitr (7,6 % çox), üzüm şərabı - 332,3 min dekalitr (52,7 % az), pivə istehsalı isə 5 mln 476,3 min dekalitr (7,7 % çox) təşkil edib.