London İqtisadiyyat Məktəbinin və Kolumbiya Universitetinin alimləri pandemiyanın insanların əhvali-ruhiyyəsinə təsiri barədə araşdırma aparıblar. 

Bu barədə Foodinfo.az Rusiya KİV-ə istinadən xəbər verir.

Araşdırma çərçivəsində keçirilən sorğuda 137 ölkədən 100 mindən çox insan iştirak edib. 

Məlum olub ki, pandemiya insanları daha qəmgin etməyib, üstəlik insanlar arasındakı xeyirxahlıq hislərini artırıb. 

Belə ki, pandemiya dövründə çəkilən əzablar insanların bir-birinə qayığısı hesabına kompensasiya edilib. Sorğuda iştirak edənlərin fikirləri nəticəsində bəlli olub ki, insanlar bu dövrdə öz qohumları və qonşuları ilə daha çox ünsiyyət qurmağa başlayıblar.

 Buna başlıca səbəb isə insanların hiss etdikləri təcrid hissini unutmaq həvəsi olub.

Fərid