Hindistanda pələng meşədə gül yığan Maharaştra ştatının sakinini öldürüb. Foodinfo.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.

Hücum aprelin 4-də Tukums kəndi yaxınlığında baş verib. Günortadan sonra Arun Randhi adlı bir adam uzunyarpaqlı maduka çiçəkləri toplamaq üçün meşəyə gedib. Bitki şimali Hindistanın meşələrində bitir və neft istehsalında istifadə olunur.

Axşam saatlarında Randi evə qayıtmayıb və onun qohumları qonşuları ilə birlikdə axtarışa çıxıblar. Kolluqda kişi cəsədi tapıblar. Sonradan məlum oldu ki, hadisə baş verən ərazidə pələng gəzirmiş və çox güman ki, hindlini öldürən də odur.

Mərhumun meyiti Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və mühafizəçilər tərəfindən hadisə yerindən təxliyə edilib.

Qeyd edək ki, son hadisə bu il ərzində yırtıcıların yeddinci qurbanı olub. Ölənlərdən 6-sını pələnglər, birini isə bəbir parçalayıb.

Fərid