Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən 25-31 yanvar tarixlərində keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhəri və Neftçala rayonunun Xəzər dənizi sahillərində, Şəmkir su anbarında, Kür çayında, Ağcabədi rayonunun daxili su hövzələrində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Foodimfo.az xəbər verir ki, bunu Xidmət rəsmisi Bəhruz Məhəmmədov deyib.
O qeyd edib ki, araşdırma zamanı brakonyerlərin Yevlax rayon sakini Arif İskəndərov, Neftçala rayon sakinləri Rövşən Sultanov, Zamin Nağıyev, Elvin Quliyev, Murad Məmmədov, Zahid Əhmədov və Tağı Tağıyev olduğu məlum olub.
Faktlarla bağlı qanun pozucuları barəsində protokollar tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.
B.Məhəmmədov qeyd edib ki, Azərbaycan Balıqçılar İttifaqı və könüllülərin dəstəyi ilə Mingəçevir su anbarı, Baş Şirvan Kollektoru, Biləsuvar rayonu ərazisindəki daxili su hövzələrində də tədbirlər keçirilib və ümumilikdə 1800 metrdən artıq sintetik tor və digər qanunsuz ov alətləri götürülüb: "Qanunsuz balıq ovu ilə yanaşı, icazə verilməyən ərazilərdə quş ovuna cəhd edən Ağcabədi rayon sakini Elşad Mirzəyev və Bakı şəhər sakini Azər Quliyev saxlanılıb və barələrində protokol tərtib edilərək cərimələnib".
[gallery ids="34211,34212,34213"]