"Ötən il Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 10 min hektar torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilib. Bu il bu rəqəmin 100 min hektar olması nəzərdə tutulur".
Foodinfo.az xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.
"Vətən müharibəsi başa çatandan sonra Prezident İlham Əliyevin ilk tapşırıqlarından biri işğaldan azad edilmiş ərazilərin əkin dövriyyəsinə cəlb edilməsi olub. Qarabağda ölkənin ən münbit, ən əlverişli torpaq sahələri yerləşir. SSRİ dövründə burada taxılçılıq, tütünçülük, heyvandarlıq inkişaf etmişdi. Təqribən 100 min hektar ərazidə taxıl bitkilərinin - buğda və arpa əkilməsi planlaşdırılır. Həmçinin, tütünçülüklə bağlı işlərə başlanılıb.
Heyvandarlığın inkişafı baxımından da ən əlverişli ərazilər Qarabağda və Şərqi Zəngəzurdadır. Artıq işğaldan azad edilmiş ərazilərə daha çox heyvan köçürülməsi üçün elektron qeydiyyat aparılır. Kəlbəcər və Laçın rayonlarına qoyun sürülərini aparmaq istəyən fermerlərin qeydiyyatına başlanılıb. Ötən mövsümdə 10 minə yaxın heyvan Kəlbəcər və Laçın yaylaqlarına köçürülüb. Bu il bu rəqəm daha çox olacaq. Çünki bu il daha hazırlıqlıyıq və nizamlı, təhlükəsizlik formada fermerlərin heyvanlarının yaylaqlara aparılması təmin ediləcək. Həmçinin, arıçılıqla bağlı da işlər nəzərdə tutulur", - deyə o, qeyd edib.
Son xəbərlər
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin
- Axşam yeməyi üçün ən pis içkilər