Bu haqda ölkənin baş dövlət sanitar həkimi Jandarbek Bekşin muftyat.kz saytına məlumat verib.
“2018-ci ilin iki ayı ərzində heyvan toxumalarının müəyyənləşdirilməsi üçün 147 qida nümunəsi müayinədən keçirilmiş və 757 araşdırma aparılmışdır. 27 (və ya 19%) nümunədə donuz DNT-si aşkar edilib ki, bu da məhsulun etiketində göstərilməyib”-deyə baş sanitar həkim bildirib.
J.Bekshin laboratoriyaların yalnız donuz, iribuynuzlu mal-qara, toyuq və atların deyil, həmçinin it, pişik, öküz, keçi, quzu kimi heyvanların da toxumalarının DNT-ni müəyyənləşdirmək üçün test sisteminə malik olduğunu əlavə edib.
Komitədə qida məhsullarının təhlükəsizliyinə nəzarətin onların satışı ərəfəsində məhsul nümunəsi alınması yolu ilə həyata keçirildiyi izah edilib. (Moderator.az)