? Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Bakı şəhəri və regionlar üzrə bitki sağlamlığı sahəsində fəaliyyət göstərən laboratoriyalarda mütəxəssis vəzifələrinə işə qəbul elan edir.
Vəzifə və öhdəliklər:
▪️ Bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin mövcud olub – olmamasını müəyyən edir;
▪️ Aşkarlanmış zərərli orqanizmlərin diaqnostikası üçün entomoloji, herboloji, fitohelmintoloji, mikoloji, bakterioloji və virusoloji ekspertizaların həyata keçirilməsində iştirak edir;
▪️ Laboratoriya tədqiqatları üzrə sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli hazırlanmasını təmin edir;
▪️ Görülmüş işlər barədə aylıq hesabatları hazırlayır;
▪️ Qanunvericilik aktlarında nəzərdə tutulan digər vəzifələri həyata keçirir.
Namizədə tələblər:
▪️ Fitosanitar laborator diaqnostika sahəsində baza biliklərə malik olmalı;
▪️ Bitki karantini və Fitosanitar nəzarəti sahəsindəki qanunları, fərmanları və qərarları bilməli;
▪️ Müayinələrin həyata keçirilməsini və müayinə nətiəcələrinin sənədləşdirilməsini bilməli;
▪️ Müayinələr zamanı cihaz və avadanlıqlardan istifadə qaydalarını, onlara minimum texniki qulluq tələblərini bilməli;
▪️ Ali təhsil tələbi: Bakalavriat səviyyəsi – Bioloq, bitki mühafizəsi, aqronomluq. Magistratura səviyyəsi arzuolunandır.
▪️ Xaricdə təhsil almış və ya təcrübə keçmiş şəxslərə üstünlük verilir.
Təcrübəyə dair tələb:
▪️ Azərbaycan dilini səlis bilməlidir. Rus və ya ingilis dili arzuolunandır;
Şərtlər:
▪️ İş qrafiki: Tam iş günü.
Üstünlüklər:
▪️ Əmək fəaliyyəti zamanı istehsalatdan ayrılmadan aidiyyəti təlim, təkmilləşmə və yenidənhazırlanma təlimlərinə cəlb olunması
? Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “AQTİ fitosanitariya mütəxəssisi” yazaraq 01.02.2021 tarixinə qədər [email protected] e-poçt ünvanına göndərmələri xahiş olunur.
✅ Tələblərə cavab verən namizədlərin CV-ləri təhlil edilərək müsahibəyə dəvət olunacaqdır.
❗ Qeyd: Yalnız tələb olunan sahəyə dair CV-lərə baxılacaqdır.
☎️ Suallar ilə bağlı bu nömrə ilə əlaqə saxlaya bilərsiniz ? +99412 377-00-20 (530) AQTİ-nin Kadrlar şöbəsi