Soyuq mövsümdə immuniteti gücləndirmək və infeksiyalardan qorunmaq üçün geniş istifadə olunan “qış çayı”nın əsas tərkib komponentləri məlum olub.
Foodinfo.az xəbər verir ki, bu çay adətən bitkilər, qurudulmuş meyvələr və ədviyyatların birləşməsindən hazırlanır.
Çobanyastığı, nanə, kəklikotu, zəncəfil və adaçayı qış çayının ən çox rast gəlinən bitki tərkib hissələridir. Bu bitkilər soyuqdəymə, öskürək və boğaz ağrısı zamanı dəstək rolunu oynayır.
Bundan əlavə, çay qarışığına adətən qurudulmuş alma, portağal qabığı və giləmeyvələr əlavə olunur. Bu komponentlər içkinin həm dadını zənginləşdirir, həm də vitamin və antioksidant səviyyəsini artırır.
Qış çayının əsas “istilik verən” tərkibi darçın, mixək və hil kimi ədviyyatlardır. Çayı daha təsirli etmək üçün bəzi hallarda bal və limon da istifadə olunur.
Düzgün hazırlanmış qış çayı mövsümi xəstəliklərə qarşı təbii dəstək hesab olunur və gündəlik qış rasionunda özünə geniş yer tapır.






