Ukraynanın Dnepr şəhərində bir qız suşi yedikdən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Ona kəskin zəhərlənmə diaqnozu qoyulub.
Foodinfo.az xəbər verir ki, bu barədə təcili tibbi yardım stansiyasının tibb işçisi Vlad Bodnyuk yerli mətbuata məlumat verib.
Məlum olub ki, qız suşi yedikdən sonra xəstələnib. O, qarın ağrısı, qusma, ishal, qızdırma, susuzluq və qan təzyiqinin azalmasından şikayətlənib.
Xəstəyə kəskin qastroenterokolit və toksik-infeksion şok diaqnozu qoyulub. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Leyla