Yəməndə 2023-cü ilin əvvəlindən bu yana 9 mindən artıq insan qızılca xəstəliyinə tutulub. 

Foodinfo.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatından bildirilib. 

Xəstəlik ölkədə 77 uşağın ölümünə səbəb olub. Yəməndəki BMT Humanitar Məsələlər Koordinasiya Ofisi (OCHA) xəstəliklə bağlı rəqəmlərin narahatlıq yaratdığını qeyd edib. 

Xatırladaq ki, Yəməndə 2022-ci ildə qızılca xəstəliyinə 22 mindən çox insan tutulub. Onlardan 160 nəfəri ölüb.