Aprelin 26-da Moskva şəhərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert arasında görüş keçirilib.
Agentlikdən Foodinfo.az-a bildirilib ki, görüşdə qida təhlükəsizliyi ilə bağlı ikitərəfli münasibətlər, birgə əməkdaşlığın perspektivləri, həmçinin AQTA ilə "Rosselxoznadzor” arasında baytarlıq, bitki karantini və mühafizəsi sahəsində imzalanması nəzərdə tutulan Sazişlərin layihəsi və informasiya sistemlərinin inteqrasiyası ilə bağlı məsələlər müzakirə olunub.
Tədbirdə Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində görülən işlər və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Rusiya Bitki Karantini Mərkəzi arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Görüş zamanı, həmçinin ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı