Xüsusilə mövsümi keçidlər zamanı bir çox insanın ortaq probleminə çevrilən saç tökülməsi ilə bağlı dermatoloqlar bir neçə məsləhət veriblər.

Saç tökülməsi kimyəvi təsirlər, genetik faktorlar, sistem xəstəlikləri, saçın inkişafındakı anormallıqlar, dərmanlar, psixoloji stress və baş dərisi xəstəlikləri nəticəsində baş verir.

Sağlam bir baş dərisində təxminən 100 min tük var. Yuyulma və daranma səbəbiylə gündə ortalama 100-150 saç tökülməsi normaldır. Sağlam bir insanda saç tökülməsi iki aya qədər davam edə bilər. İldə üç dəfə təkrarlanan saç tökülmə müddəti 2 ayı keçərsə, bu, əhəmiyyətli xəstəliklərin əlaməti ola bilər və mütəxəssis köməyi tələb edə bilər.

Baş dərisində kəpək, qabıq və qaşınma səpgiləri adətən eqzema və ya sədəf xəstəliyini, saç tökülməsi isə saçqıran və ya göbələk xəstəliyini göstərə bilər. 

Vitamin çatışmazlığı, qalxanabənzər vəz xəstəliyi və ya vücudumuza təsir edən başqa bir xəstəliklər də saç tökülməsinə səbəb ola bilər. Saç tökülməsi yaşayan insanlar əvvəlcə müayinə olunur, sonra təhlil edilir və hər bir xəstə üçün xüsusi müalicə planı yaradılaraq müalicə olunur.