Təhsil Nazirliyi oktyabr-noyabr aylarında olan iki həftəlik tətillə əlaqədar şagirdlərin qış tətilinin (27-31 yanvar) kompensasiya edilib-edilməyəcəyi ilə bağlı açıqlama verib.
Foodinfo.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ümumi təhsil müəssisələrində tədris ilinin müddəti (o cümlədən, tətillərin vaxtı və müddəti) Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Nazirlik həmin tətillə bağlı yaxın günlərdə açıqlamanın veriləcəyini bildirib.
Xatırladaq ki, pandemiya ilə əlaqədar oktyabrın ortalarından noyabrın 2-dək şagirdlərə iki həftəlik tətil verilmişdi. Bu səbəbdən noyabrda şagirdlər üçün nəzərdə tutulan 5 günlük payız tətili ləğv edilib və həmin tətil müddətində şagirdlər distant formada təhsillərini davam etdiriblər.