Azərbaycan Prezidenti İlham Əliyev “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanında dəyişikliklər edib. Foodinfo.az xəbər verir ki, dəyişikliyə əsasən şəhid ailələri üçün nəzərdə tutulan Prezident təqaüdünün məbləği artırılıb. Belə ki, bundan sonra sözügedən ailələrə 300 manat yox, 500 manat Prezident təqaüdü veriləcək. Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.